FHN çərşənbə ilə bağlı əhaliyə müraciət etdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN çərşənbə ilə bağlı əhaliyə müraciət etdi - VİDEO

Qafar Ağayev11:35 - Bu gün
FHN çərşənbə ilə bağlı əhaliyə müraciət etdi - VİDEO

Od çərşənbəsi zamanı tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb.

1news.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Yel çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciətində qeyd olunub.

Müraciətdə kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlindiyi bildirilib:

"Bu da sonda acı nəticələrə gətirib çıxarır. Bundan əvvəlki Od çərşənbəsi zamanı tonqalla bağlı nazirliyin yanğından mühafizə bölmələri tərəfindən ümumilikdə 10 yanğın hadisəsinə çıxış qeydə alınıb. Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edir, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır".

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər