Kongo Demokratik Respublikası silahlı hücum: 43 mülki şəxs həlak oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Kongo Demokratik Respublikası silahlı hücum: 43 mülki şəxs həlak oldu

Oksana Orucova10:16 - Bu gün
Kongo Demokratik Respublikası silahlı hücum: 43 mülki şəxs həlak oldu

Kongo Demokratik Respublikasının şərqində, İturi əyalətində baş verən silahlı hücum nəticəsində 43 mülki şəxs həyatını itirib.
1news.az
xarici mediaya istinadən xəbər verir ki, hücum Demokratik İttifaq Gücləri (ADF) tərəfindən Bafwakoa ərazisində həyata keçirilib. Silahlılar çoxsaylı evləri qarət edib və yandırıb. Qurbanların əksəriyyətinin mədən işçiləri olduğu bildirilir.
Son günlər ADF-nin hücumlarının artması bölgədə ciddi təşvişə səbəb olub, çox sayda sakin təhlükəsizlik səbəbilə yaşayış yerlərini tərk edir.
Hadisədən sonra ölkənin silahlı qüvvələri əraziyə əlavə hərbi qüvvələr göndərib.
Qeyd edək ki, ADF 1990-cı illərin sonlarından etibarən Uqanda və KDR ərazisində fəaliyyət göstərir və müxtəlif silahlı qrupların keçmiş üzvlərindən formalaşıb.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər