2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub

Oksana Orucova12:28 - Bu gün
2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub

“Azərbaycan hər gün səssiz və görünməz bir təhlükə altında yaşamağa davam edir”.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında 4 Aprel – Beynəlxalq Mina Təhlükəsi barədə Maarifləndirmə Günü ilə bağlı etdiyi paylaşımda bildirib.

Onun sözlərinə görə, 30 illik işğal dövründə Azərbaycan ərazisinin təqribən 12 faizi Ermənistan tərəfindən 1,5 milyondan çox mina ilə çirkləndirilib: “2020-ci ildən bu yana sülh dövründə 400-dən çox şəxs həlak olub və yaxud ağır yaralanıb”.

Qeyd olunub ki, ərazilərin mina ilə çirkləndirilməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa layihələrinə, eləcə də keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına əngəl olur.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər