Sabunçuda tuneldə asfalt örtüyü çöküb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda tuneldə asfalt örtüyü çöküb

Qafar Ağayev11:15 - 16 / 04 / 2026
Sabunçuda tuneldə asfalt örtüyü çöküb

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyü çöküb.

1news.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, tez-tez yağış sularının dolduğu tuneldən keçən yolun xeyli hissəsində çökmə yaranıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinlik müşahidə edilir.

Qeyd edək ki, ötən ayın sonlarından ölkədə başlayan intensiv yağışlardan sonra bir çox ərazilərdə yol çöküb.

Paylaş:
194

Son xəbərlər

Bütün xəbərlər