Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

15:55 - 22 / 04 / 2026
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Paylaş:
455

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər