Ağcabədidə 12 yaşlı oğlan yanğında ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə 12 yaşlı oğlan yanğında ölüb

09:28 - 24 / 04 / 2026
Ağcabədidə 12 yaşlı oğlan yanğında ölüb

Ağcabədidə yanğında 12 yaşlı oğlan ölüb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qiyaməddinli kəndində olub.

Kənd sakini Hüseynova Mahirə Ocaqqulu qızına məxsus evdə baş verən yanğın zamanı orada olan 2014-cü il təvəllüdlü Şirinov İmaməddin Ayaz oğlu həlak olub.

Faktla bağlı araşdırma başlanıb.

Paylaş:
234

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər