Anasının evinin pəncərəsini silərkən yıxılıb öldü
Bakıda 41 yaşlı qadın bədbəxt hadisənin qurbanı olub.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.
1985-ci il təvəllüdlü Gülər Zamanova anası Zəhra Feyzullayevanın yaşadığı 9 mərtəbəli binanın 6-cı mərtəbəsindəki mənzilinin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
86












