Masallıda 14 kiloqram narkotik vasitə aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda 14 kiloqram narkotik vasitə aşkarlandı

1news Redaksiyası12:26 - 01 / 06 / 2026
Masallıda 14 kiloqram narkotik vasitə aşkarlandı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
 
1news.az xəbər verir ki, tədbir zamanı 25 yaşlı İbrahim Əliyev və 35 yaşlı Vüqar Həsənov saxlanılıblar.
 
Onlardan ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb.
 
Faktla bağlı cinayət işi başlanılıb.
 
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
297

Son xəbərlər

Bütün xəbərlər