Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ

First News Media16:07 - 01 / 06 / 2026
Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ

İyunun 2-si səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Paylaş:
322

Son xəbərlər

Nurlana Əliyeva vəfat edib

01 / 07 / 2026, 14:31
Bütün xəbərlər