75 yaşlı kişi avtobusda ölüb
Sumqayıt şəhərində marşrut avtobusunda ölüm hadisəsi baş verib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 11 radələrində Hacı Zeynalabdin qəsəbəsində “İsuzu” markalı 10 “V” saylı xətt avtobusunda Abşeron rayon sakini 1951-ci il təvəllüdlü Əlişir Əşir oğlu Əliyevin halı qəfil pisləşib. O, oradaca vəfat edib.
Sərnişinin infarktdan öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
59












