Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb

First News Media09:51 - Bu gün
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,87% azalaraq 4 327,2 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 2,78% azalaraq 67,18 ABŞ dolları təşkil edib.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər