Bakıda hoteldə ölüm hadisəsi baş verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda hoteldə ölüm hadisəsi baş verdi

First News Media12:13 - 09 / 06 / 2026
Bakıda hoteldə ölüm hadisəsi baş verdi

Paytaxtın Binəqədi rayonunda hoteldə ölüm hadisəsi baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyunun 8-i saat 19 radələrində Şəmkir rayon sakini 1969-cu il təvəllüdlü Y.Bayramovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Biləcəri qəsəbəsinin ərazisində yerləşən hoteldə tapılıb.

Onun hansı səbəbdən vəfat etməsi məlum deyil.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
200

Son xəbərlər

Nurlana Əliyeva vəfat edib

01 / 07 / 2026, 14:31
Bütün xəbərlər