Əlverişsiz hava şəraiti Göygöldə fəsadlar törədib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlverişsiz hava şəraiti Göygöldə fəsadlar törədib - FOTO

1news Redaksiyası13:29 - 11 / 06 / 2026
Əlverişsiz hava şəraiti Göygöldə fəsadlar törədib - FOTO

Qərb bölgəsində gecə saatlarından başlayan qeyri-sabit hava şəraiti Göygöl rayonunda da bir sıra fəsadlar törədib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, güclü külək nəticəsində aşan ağaclardan biri avtomobilin üzərinə düşüb.

Bundan başqa, Səbuhi Hacıyev küçəsində evakuatorun üzərinə də ağac aşıb. Həmçinin bir neçə fərdi yaşayış evinə su dolub.

Aidiyyəti qurumlar tərəfindən təmizlik və təhlükəsizlik tədbirləri görülür.

Paylaş:
311

Son xəbərlər

Bütün xəbərlər