Göygöldə 2 nəfər göldə boğularaq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə 2 nəfər göldə boğularaq ölüb

First News Media16:46 - 11 / 06 / 2026
Göygöldə 2 nəfər göldə boğularaq ölüb

Göygöl rayonunda 2 nəfər göldə boğularaq ölüb.

1news.az APA-ya istinadən xəbər verir ki, 2 nəfərin göldə çimən zaman batdığı bildirilir.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb.

İlkin məlumata görə, suda boğularaq ölənlərdən biri 2017-ci il təvəllüdlü azyaşlıdır.

Paylaş:
254

Son xəbərlər

Nurlana Əliyeva vəfat edib

01 / 07 / 2026, 14:31
Bütün xəbərlər