Bakıda 11-ci sinif şagirdi dünyasını dəyişib
Bakıda məktəb şagirdi vəfat edib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyunun 10-da qeydə alınıb.
Belə ki, Beyləqanın Eyvazalılar kənd sakini, F.Quliyev adına tam orta məktəbinin 11-ci sinif şagirdi Elvin Aslanlı ürək çatışmazlığından qəfil vəfat edib.
Qeyd edək ki, Elvin Aslanlı iyunun 13-də orta məktəbdən məzun olacaqdı.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
89












