İndoneziya 6,7 bal gücündə zəlzələ baş verib | 1news.az | Xəbərlər
Dünya

İndoneziya 6,7 bal gücündə zəlzələ baş verib

First News Media09:37 - 16 / 06 / 2026
İndoneziya 6,7 bal gücündə zəlzələ baş verib

İndoneziya sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

1news.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri Sulavesi adasında yerləşən, əhalisi təxminən 282 min nəfər olan Palu şəhərindən 46 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan olunmayıb.

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər