Zaqatalada qətl törədilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada qətl törədilib

First News Media12:09 - 19 / 06 / 2026
Zaqatalada qətl törədilib

Zaqatalada həmkəndlisini qətlə yetirən şəxsi polis saxlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, iyunun 19-da səhər saatlarında Zaqatala rayonunun Qımır kəndi ərazisində 58 yaşlı Ələsgər Əhmədov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi 58 yaşlı Kamran Məhərrəmovu kəsici alətlə qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Əhmədov saxlanılıb.
Araşdırma aparılır.

Paylaş:
272

Son xəbərlər

Bütün xəbərlər