Göyçayda həyətində çətənə kolu yetişdirən şəxs tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda həyətində çətənə kolu yetişdirən şəxs tutuldu

1news Redaksiyası12:29 - 14 / 07 / 2026
Göyçayda həyətində çətənə kolu yetişdirən şəxs tutuldu

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 45 yaşlı Amil Vahidov saxlanılıb.
 
1news.az xəbər verir ki, onun yaşadığı ünvandan çətənə kolları və marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.
 
Faktla bağlı cinayət işi başlanılıb, A.Vahidov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
236

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər