Balıqçı Yevlaxda kanala yıxıldı, meyiti Ağdaşda tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Balıqçı Yevlaxda kanala yıxıldı, meyiti Ağdaşda tapıldı

09:48 - Bu gün
Balıqçı Yevlaxda kanala yıxıldı, meyiti Ağdaşda tapıldı

Yevlaxda balıqçı kanalda boğularaq ölüb.

1news.az APA-ya istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Tofiq Süleymanov "Yuxarı Şirvan" kanalında qayıqla balıq tutarkən idarəetmədə olan qayığın su axınının güclü olduğu bənd istiqamətinə hərəkət etdiyini görüb özünü suya atıb.

Hadisə nəticəsində Tofiq Süleymanov ölüb. Meyiti kanalın Ağdaş rayonu Şəkili kəndi ərazisindən keçən hissəsində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər