Formula 1 zamanı bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq
2026-cı ildə Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, bununla bağlı məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.
47












