ABŞ ordusu Karib dənizində qayığa zərbə endirib: 4 nəfər öldürülüb
ABŞ ordusu Karib dənizində narkotik kartellərinə məxsus olduğu bildirilən qayığa qarşı əməliyyat keçirib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Cənub Komandanlığından (SOUTHCOM) verilən məlumata görə, hücum nəticəsində 4 nəfərin öldürüldüyü açıqlanıb.
Açıqlamada bildirilib ki, əldə edilən kəşfiyyat məlumatları qayığın narkotik qaçaqmalçılığı fəaliyyətində aktiv şəkildə istifadə edildiyini göstərib.
SOUTHCOM öldürülənləri “narko-terrorçu” adlandırıb.
Bu əməliyyat ABŞ ordusunun beynəlxalq narkotik qaçaqmalçılığına qarşı Karib hövzəsində həyata keçirdiyi son əməliyyatlardan biri kimi qiymətləndirilir.
73












