Bu gündən Bakı mərkəzində avtomobillərə yeni məhdudiyyət tətbiq edilir - FOTO - VİDEO
Bakının mərkəzində həftəsonu tətbiq olunan avtomobil məhdudiyyəti artıq həftənin 7 gününə şamil ediləcək.
1news.az xəbər verir ki, Məhdudiyyət Zərifə Əliyeva, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinin müəyyən hissələrinə şamil edilir.
Yeni qaydanın əsas məqsədi şəhər mərkəzində piyadalar üçün daha rahat və təhlükəsiz mühit yaratmaq, piyada zonalarını bir-birinə bağlamaq və avtomobil sıxlığını azaltmaqdır.
Sakinlərin, təcili və operativ xidmətlərin, tibbi, kommunal və logistika nəqliyyatının əraziyə giriş-çıxışı təmin ediləcək.
Yeni qayda bu gündən – 5 oktyabrdan etibarən test rejimində tətbiq edilir







81












