“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
Benin milli komandası Argentina ilə yoldaşlıq oyunu öncəsi Lionel Messiyə xüsusi hədiyyələr təqdim edib.
1news.az teleqraf-a istinadən xəbər verir ki, Benin millisinin kapitanı, "Neftçi”nin futbolçusu Sessi D’Almeyda ənənəvi bayraqla yanaşı, Messiyə heykəlcik, qızılgül budağı, milli komandanın formasını və qonaq nümayəndə heyətinin təbrik məktubunu təqdim edib.
Qeyd edək ki, bu qarşılaşma Messinin Argentina millisində son oyunu olub.
Buenos-Ayresdəki "Monumental” stadionunda keçirilən görüş Argentina millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nikolas Otamendi, Niko Paz və Messi fərqləniblər. Messi, həmçinin iki məhsuldar ötürmə verib.
Beləliklə, argentinalı ulduz milli komandadakı karyerasını 208 oyun, 126 qol və 70 məhsuldar ötürmə ilə başa vurub.










