Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları ötüb

Qafar Ağayev11:13 - Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları ötüb

Bu il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard 380,7 milyon ABŞ dolları təşkil edib.

1news.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il oktyabrın 1-nə nisbətən 9,7 % çoxdur.

Sentyabrda ölkənin strateji valyuta ehtiyatları 1 milyard 389 milyon ABŞ dolları azalıb.

2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər