Bakıda NATO-nun təlim kursu keçirilir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda NATO-nun təlim kursu keçirilir - FOTO

Qafar Ağayev12:19 - Bu gün
Bakıda NATO-nun təlim kursu keçirilir - FOTO

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təliminin açılış mərasimi keçirilib. 

1news.az xəbər verir ki, tədbirdə Azərbaycan Ordusunun və tərəfdaş ölkələrin bir qrup hərbi qulluqçusu iştirak edib.
Bildirilib ki, təlim zamanı iştirakçılara NATO standartlarına uyğun olaraq, sülhməramlı əməliyyat ssenarisi əsasında təlimlərin Hərbi Qərar Qəbuletmə Prosesi çərçivəsində planlaşdırılması və icrası üzrə məşğələlər keçiriləcək.
Qeyd olunub ki, bu cür təlimlər sülhməramlı əməliyyatlara hazırlıq səviyyəsinin artırılması və qarşılıqlı əlaqənin gücləndirilməsi, o cümlədən təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bununla yanaşı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi çərçivəsində silahlanmada olan texnika, təchizat və digər avadanlıqlara baxış keçirilməsi, sülhməramlı əməliyyatlar zamanı taktiki tapşırıqların icrası üzrə bacarıqların qiymətləndirilməsi nəzərdə tutulub.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər