Panamada 6,1 bal gücündə zəlzələ baş verdi
Mərkəzi Amerika ölkəsi Panamada 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin paytaxt Panamadan təxminən 300 kilometr məsafədə yerləşən Rio Qrande şəhərindən 18 kilometr qərbdə olduğunu bildirib.
Ölkə bir neçə gün əvvəl baş verən 7,7 bal gücündə zəlzələdən sonra yenidən yeraltı təkanlarla sarsılıb.
Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib, maqnitudası isə 6,1 olub.
Mülki müdafiə qüvvələrinin ilkin qiymətləndirməsinə əsasən, zəlzələ nəticəsində ölən və yaralanan olmayıb, maddi ziyan qeydə alınmayıb.
Qeyd edək ki, oktyabrın 9-da Panamada baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində 30 nəfər yaralanıb, yüzlərlə insan evsiz qalıb.












