Rusiya Kiyevdə çoxmərtəbəli binanı vurdu: 2 ölü, 9 yaralı
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə PUA hücumu nəticəsində 25 mərtəbəli yaşayış binasına ziyan dəyib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, “Şahed” tipli PUA ilə həyata keçirilən hücumdan sonra yanğın baş verib. Hadisə yerinə gələn xilasedicilər yanğını söndürüblər.
Kiyev Prokurorluğunun məlumatına görə, ölənlərdən biri binada, digəri isə yaxınlıqdakı avtomobildə olub.
65












