Qəzzada ölənlərin sayı 74 mini keçdi | 1news.az | Xəbərlər
Dünya

Qəzzada ölənlərin sayı 74 mini keçdi

Oksana Orucova14:48 - Bu gün
Qəzzada ölənlərin sayı 74 mini keçdi

İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayı 74 min 396 nəfərə yüksəlib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusu atəşkəs razılaşmasını pozaraq Qəzza zolağına hücumlarını davam etdirir.

Bildirilib ki, son 24 saat ərzində İsrail hərbçilərinin həyata keçirdiyi hücumlar nəticəsində 4 mülki şəxs həlak olub, 9 nəfər isə yaralanıb.

Nazirliyin açıqlamasına əsasən, 2025-ci il oktyabrın 10-da atəşkəsin qüvvəyə minməsindən bəri həyatını itirənlərin sayı 1505 nəfərə çatıb. Bu müddət ərzində dağıntılar altından 838 nəfərin meyiti çıxarılıb, yaralıların sayı isə 5 min 332 nəfərə yüksəlib.

Ümumilikdə, 2023-cü il oktyabrın 7-dən bu günədək İsrailin Qəzza zolağına hücumları nəticəsində 74 min 396 nəfər həyatını itirib, 175 min 449 nəfər isə yaralanıb.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər