İstanbulda sel fəlakəti: Ölənlərin sayı 4-ə çatıb
İstanbulda güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı 4-ə yüksəlib.
1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sarıyer rayonunun Ayazağa məhəlləsində körpünün altında bir nəfərin meyiti aşkarlanıb.
Son 84 ilin ən güclü yağıntılarının qeydə alındığı şəhərdə çoxsaylı ev və iş yerlərini su basıb, avtomobillər sel sularına qərq olub. Hadisə yerində xilasetmə və təmizlik işləri davam edir.
İtkin düşmüş daha 3 nəfərin axtarışları aparılır.
71












