Azərbaycanın İsveçdəki səfiri etimadnaməsini Krala təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın İsveçdəki səfiri etimadnaməsini Krala təqdim edib

1news Redaksiyası16:42 - Bu gün
Azərbaycanın İsveçdəki səfiri etimadnaməsini Krala təqdim edib

Azərbaycanın İsveçdəki səfiri Elnur Sultanov etimadnaməsini İsveç Kralı XVI Karl Qustava təqdim edib.

1news.az xəbər verir ki, bu barədə İsveçin Bakıdakı səfirliyi məlumat yayıb.

"Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanovu İsveç Kral Əlahəzrəti XVI Karl Qustava etimadnaməsini təqdim etməsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Ona yeni vəzifəsində uğurlar arzulayır, Azərbaycan və İsveç arasında mövcud olan güclü dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə inanırıq", - məlumatda qeyd edilib.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər