Zelenski Trampın Rusiyaya qarşı sanksiyalarla bağlı qərarından narazıdır | 1news.az | Xəbərlər
Dünya

Zelenski Trampın Rusiyaya qarşı sanksiyalarla bağlı qərarından narazıdır

Qafar Ağayev17:38 - Bu gün
Zelenski Trampın Rusiyaya qarşı sanksiyalarla bağlı qərarından narazıdır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaların tətbiqini nəzərdə tutan “Lindsi Qrem qanunu”nun müddəalarından imtina etməsini tənqid edib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.

“Təəssüf ki, Lindsi Qrem qanununa tamamilə məhəl qoymamaq qərarı verilib”, – deyə Ukrayna lideri bildirib.

Zelenskinin sözlərinə görə, sözügedən qanun Ukraynaya kömək edə bilər və bu imkan hələ də qalır. O vurğulayıb ki, bunun üçün qanun real şəkildə tətbiq edilməli, onun lehinə verilən hər bir səs əhəmiyyət daşımalıdır.

Qeyd edək ki, Tramp daha əvvəl Rusiyaya qarşı genişmiqyaslı sanksiyaları nəzərdə tutan qanun layihəsinin bir sıra müddəalarının tətbiqindən imtina edib.

Sənəddə Rusiyadan idxal olunan mallara 500 faizə qədər gömrük rüsumunun, eləcə də Rusiyanın enerji resurslarını alan ölkələrdən idxal edilən məhsullara 100 faizlik rüsumun tətbiqi nəzərdə tutulurdu. Bundan başqa, qanun layihəsi xarici ölkələrin vətəndaşlarına və fiziki şəxslərə qarşı müəyyən sanksiyaların tətbiqini də ehtiva edirdi.

Bundan əvvəl, oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinlə Donald Tramp arasında Rusiyanın dizel yanacağının ABŞ-yə və dünya bazarlarına tədarükü məsələsi müzakirə olunub. Putinin sözlərinə görə, bu sahədə əldə olunan razılaşma qlobal iqtisadi vəziyyətin sabitləşməsinə töhfə verə bilər.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər