Şəki Xan sarayını 9 ayda 128 mindən çox turist ziyarət edib | 1news.az | Xəbərlər
Dünya

Şəki Xan sarayını 9 ayda 128 mindən çox turist ziyarət edib

Oksana Orucova13:57 - Bu gün
Şəki Xan sarayını 9 ayda 128 mindən çox turist ziyarət edib

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğundakı Xan sarayını 2026-cı ilin yanvar-sentyabr aylarında 128 487 turist bilet alaraq ziyarət edib.

1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli  deyib.

Onun sözlərinə görə, ziyarətçilərin 72 309 nəfəri (56,28 faiz) yerli, 56 178 nəfəri (43,72 faiz) isə xarici turistlər olub.

Bildirilib ki, hesabat dövründə 42 050 nəfər Qoruğu ödənişsiz qaydada ziyarət edib.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər