Hikmət Hacıyev: Biz gözləyirik ki, erməni cəmiyyətində müəyyən şəxslər üzr istəsinlər | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Biz gözləyirik ki, erməni cəmiyyətində müəyyən şəxslər üzr istəsinlər

Ayxan Məlikzadə15:27 - Bu gün
Hikmət Hacıyev: Biz gözləyirik ki, erməni cəmiyyətində müəyyən şəxslər üzr istəsinlər

"Azərbaycanlıların öz ata-baba yurdlarından sürgün edilməsi, etnik təmizləmələrə və deportasiyalara məruz qalması ilə bağlı erməni cəmiyyətində müəyyən şəxslərdən üzr gözləntisi var".

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, sərhədlərdə baş verən hadisələr, azərbaycanlıların öz ata-baba yurdlarından sürgün edilməsi, etnik təmizləmələr və deportasiyalar nəticəsində, xüsusilə də doğma yurdlarından qovulan azərbaycanlılar arasında üzr gözləntisi hələ də qalır:

"Lakin əlbəttə, hər bir azərbaycanlı, xüsusilə də öz ata-baba yurdlarından sürgün olunan insanlar etnik təmizləməyə və soyqırımına məruz qaldıqlarını düşünərək hələ də üzr gözləyirlər. Amma bu, prosesin tərkib hissəsi olmalıdır və sülh sazişindən əvvəl və ya sülh prosesi ilə paralel olaraq mütləq şəkildə həyata keçirilməlidir.

Biz həmçinin görürük ki, vətəndaş cəmiyyəti institutları vasitəsilə də bu proseslər gedir, vətəndaş cəmiyyəti institutları fəaliyyət göstərir. Lakin cəmiyyətdə hələ də bu cür narrativlər mövcuddur".

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər