İsraildə səslərin hesablanması davam edir: Netanyahunun blokunun mandat sayı artır

İsraildə parlament seçkilərində səslərin hesablanması davam edir və ilkin nəticələrə görə, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blokun mandat sayı artır.
1news.az xəbər verir ki, İsrail Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara əsasən, seçki qutularının 32,5 faizindəki səslər hesablanıb.
Hazırkı nəticələrə görə, Netanyahunu dəstəkləyən partiyalar bloku 120 yerlik Knessetdə 59, müxalifət bloku isə 46 mandat qazanır.
Qeyd edək ki, səslərin hesablanmasının əvvəlki mərhələsində Netanyahunun bloku parlamentdə çoxluq əldə edirdi. Lakin sonrakı hesablamalar mandat bölgüsünü dəyişib.
Yenilənmiş nəticələrdən sonra tərəfdarları ilə birlikdə seçkiləri qeyd edən Netanyahu hələlik qələbəsini elan etməyib.
Məlumata görə, hazırda üç siyasi qüvvə parlamentə düşmək üçün tələb olunan 3,25 faizlik baryeri keçə bilmir. “Reservists” partiyası 2,7 faiz, “People of Israel” 1,8 faiz, “Charedi Public” isə 0,3 faiz səs toplayıb.
Bununla belə, nəticələr hələ yekun deyil və səslərin hesablanması davam etdikcə dəyişə bilər. Xüsusilə hərbi qulluqçuların səsləri də daxil olmaqla, ikiqat zərflərdə verilmiş bülletenlər sonradan hesablanacaq.
Xatırladaq ki, İsraildə hökumətin formalaşdırılması üçün 120 yerlik Knessetdə ən azı 61 deputatın dəstəyi lazımdır.










