HONOR X9e Pro: sərhədlərə meydan oxu - FOTO

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 000 mAh tutumlu güclü batareya — yeni HONOR X9e Pro sərhədlərə meydan oxuyanlar üçün yaradılıb.
HONOR premium dizaynı, müstəsna möhkəmliyi və uzunmüddətli batareya performansını bir araya gətirən yeni HONOR X9e Pro smartfonunu təqdim edir. Aktiv həyat tərzi üçün hazırlanmış cihaz zərif görünüşünü qorumaqla yanaşı, çətin sınaqlara tab gətirmək üçün nəzərdə tutulub.
Yeni səviyyədə möhkəmlik: 3 metrədək hündürlükdən düşməyə qarşı qoruma
HONOR X9e Pro 3 metrədək hündürlükdən düşmə zamanı qoruma təmin edən innovativ HONOR Ultra-Bounce Anti-Drop 4.0 texnologiyası ilə təchiz olunub.
Cihazın konstruksiyasının əsasını zərbə enerjisini effektiv şəkildə udan amortizasiya xüsusiyyətli qeyri-Nyuton materialından istifadə edilmiş altıqat qoruma sistemi təşkil edir. Corning Gorilla Glass Victus 2 şüşəsi isə ekranın əlavə qorunmasını təmin edir.
Smartfon gündəlik həyatda təsadüfi yerə düşmədən tutmuş aktiv istirahət və səyahət zamanı qarşılaşıla biləcək gözlənilməz vəziyyətlərədək müxtəlif sınaqlar nəzərə alınaraq hazırlanıb.
10 metrədək dərinlikdə suya davamlılıq: hər macəraya hazır
IP68 və IP69K qoruma standartları sayəsində HONOR X9e Pro suya, toza və yüksək təzyiqli su şırnaqlarına qarşı yüksək davamlılıq nümayiş etdirir.
Cihaz istehsalçının müəyyən etdiyi sınaq şərtləri daxilində 10 metrədək dərinlikdə suya davamlılıq təmin edir. Xüsusi sualtı çəkiliş rejimi isə qeyri-adi foto və videolar yaratmaq üçün yeni imkanlar açır.
İstər hovuz kənarında istirahət, istər səyahət, istərsə də gözlənilməz hava şəraiti olsun — HONOR X9e Pro müxtəlif vəziyyətlərdə daha inamlı hiss etməyə imkan verir.
11 000 mAh: uzunmüddətli enerji ehtiyatı
HONOR X9e Pro-nun əsas üstünlüklərindən biri istifadə ssenarisindən asılı olaraq üç günədək avtonom işləmə imkanı təqdim edən 11 000 mAh tutumlu güclü silikon-karbon batareyasıdır.
Smartfon 80 Vt gücündə HONOR SuperCharge sürətli enerji doldurma texnologiyasını dəstəkləyir. 27 Vt-dək gücə malik əks enerji doldurma funksiyası isə digər cihazları enerji ilə təmin etməyə imkan verir.
Batareya hətta −30°C-dək son dərəcə aşağı temperaturda belə istehsalçının bəyan etdiyi şərtlər daxilində işləkliyini qoruyur.
Hər gün üçün daha geniş imkanlar
HONOR X9e Pro həmçinin 120 Hz yenilənmə tezliyinə malik parlaq 6,8 düymlük AMOLED ekran, optik görüntü sabitləşdirməsi olan 108 MP kamera və Snapdragon 6 Gen 5 prosessoru ilə təchiz edilib.
Qabaqcıl texnologiyaları, zərif dizaynı və müstəsna dözümlülüyü birləşdirən HONOR X9e Pro çətinliklər qarşısında dayanmaq istəməyənlər üçün etibarlı gündəlik yol yoldaşına çevrilir.
Azərbaycanda qiymət və satışa çıxarılma
HONOR X9e Pro Gecəyarı Qara, Tünd Bənövşəyi və Qırmızımtıl Qəhvəyi olmaqla üç rəngdə və üç yaddaş konfiqurasiyasında təqdim olunur:
· 6 GB + 256 GB — 1 299,99 AZN
· 8 GB + 256 GB — 1 399,99 AZN
· 8 GB + 512 GB — 1 599,99 AZN
Smartfonu İrşad, Soliton, Baku Electronics, Kontakt Home, Birmarket (Umico), Elite Optimal və Smart Electronics mağazalarından əldə etmək mümkün olacaq. Noyabrın 22-dək HONOR X9e Pro alan müştərilərə HONOR CHOICE Earbuds 10 Pro simsiz qulaqlıqları hədiyyə ediləcək.
Daha ətraflı: https://www.honor.com/az/phones/honor-x9e-pro/




















