İrandan Azərbaycana 136 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana 136 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

1news Redaksiyası16:52 - Bu gün
İrandan Azərbaycana 136 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 136 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində üç halda ümumi çəkisi 136 kiloqram 600 qram narkotik vasitə və 5500 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər