Efiopiyada silahlı hücum: 34 nəfər öldürülüb | 1news.az | Xəbərlər
Dünya

Efiopiyada silahlı hücum: 34 nəfər öldürülüb

1news Redaksiyası17:53 - Bu gün
Efiopiyada silahlı hücum: 34 nəfər öldürülüb

Efiopiyanın Oromiya bölgəsində silahlı şəxslərin həyata keçirdiyi hücum nəticəsində 34 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Bununla da bölgədə oktyabr ayından bəri baş verən hücumlarda ölənlərin sayı 94-ə çatıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, silahlı şəxslər Robe rayonunun Endato kəndinə hücum ediblər.

Hadisə nəticəsində 34 nəfər ölüb, çox sayda insan yaralanıb. Həmçinin bir sıra ev və obyektlərə ziyan dəyib.

Oromiya bölgəsində oktyabr ayından etibarən baş verən silahlı hücumlar nəticəsində ölənlərin sayı 94-ə yüksəlib.

Son hücum uzun illərdir silahlı qarşıdurmaların davam etdiyi və çox sayda mülki şəxsin doğma yurdlarını tərk etmək məcburiyyətində qaldığı Oromiya bölgəsində təhlükəsizliklə bağlı narahatlıqları yenidən artırıb.

Qeyd edək ki, Oromiyanın Merti və Şirka rayonlarında oktyabrın 20-də və 24-də baş verən iki ayrı hücum nəticəsində 60 nəfər həyatını itirmişdi.

Efiopiya İnsan Hüquqları Komissiyasının noyabrın 4-də yaydığı açıqlamada Merti və Şirka rayonlarına edilən hücumlara görə silahlı separatçı Oromo Azadlıq Ordusu (OLA) məsul tutulmuşdu.

Oktyabr hücumlarından sonra təhlükəsizlik qüvvələri bölgədə əməliyyatlara başlayıb. Hadisələrlə əlaqəli olduqları iddia edilən təxminən 70 şübhəli saxlanılıb.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər