Şəkidə avtomobilin vurduğu kişi öldü

Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11.00 radələrində Şəki şəhəri ərazisində Arif Səlimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarındakı 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
88











