Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib | 1news.az | Xəbərlər
Siyasət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

1news Redaksiyası13:52 - Bu gün
Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalyada keçirilən COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunu ziyarət edib.

1news.az report-a istinadən xəbər verir ki, vitse-prezident pavilyonla tanış olub, həmçinin Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

C.Yılmaz Türkiyənin COP31-ə hazırlıq prosesində Azərbaycanın COP29-un təşkili zamanı qazandığı təcrübədən yararlanmasının əhəmiyyətini vurğulayıb və bu sahədə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

O, Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığını qeyd edərək, əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini və inkişaf etməsini arzulayıb.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər