Türk kosmonavt: “Azərbaycan və Türkiyə bayraqları göylərin o tayında da yanaşı dalğalanacaq” | 1news.az | Xəbərlər
Siyasət

Türk kosmonavt: “Azərbaycan və Türkiyə bayraqları göylərin o tayında da yanaşı dalğalanacaq”

Oksana Orucova14:34 - Bu gün
Türk kosmonavt: “Azərbaycan və Türkiyə bayraqları göylərin o tayında da yanaşı dalğalanacaq”

"Yer üzündə olduğu kimi, göylərin o tayında da Türkiyə və Azərbaycan bayraqları yanaşı dalğalanacaq".

1news.az xəbər verir ki, bu sözləri kosmosa Azərbaycan bayrağını aparan türk kosmonavt sosial media səhifəsində etdiyi paylaşımda bildirib:

Kosmonavt paylaşımında qeyd edib ki:

"9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü mübarək olsun.

2024-cü il iyunun 8-də həyata keçirdiyimiz Suborbital Tədqiqat Missiyası zamanı şanlı Azərbaycan bayrağını kosmosa aparmaq şərəfinə nail oldum.

“Bir millət, iki dövlət” şüarı ilə bir yumruq kimi birləşərək gələcəyə addımlayan millətimiz bəşəriyyətin kosmosdakı ortaq gələcəyinin sülh, etimad və ədalət prinsipləri əsasında formalaşmasına öncülük edəcək.

Bir millət, iki dövlət!".

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər