Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb

1news Redaksiyası09:44 - Bu gün
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşaraq yenidən 100 dollar həddindən aşağı düşüb.

1news.az neft bazarındakı mənbəyə istunadən xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,5 ABŞ dolları və ya 1,49 % azalaraq 99,4 ABŞ dollarına enib.

Ticarət sessiyasının yekunlarına əsasən, "Brent" markalı neftin yanvar fyuçerslərinin bir bareli 90,56 ABŞ dollarına satılıb.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti də 1,05 ABŞ dolları və ya 1,09 % azalaraq 95,13 ABŞ dollarına geriləyib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Azərbaycanda bu markalı neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 % təşkil edir.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər