Qubada 2 qardaş qəzaya düşdü, biri öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada 2 qardaş qəzaya düşdü, biri öldü

1news Redaksiyası11:43 - Bu gün
Qubada 2 qardaş qəzaya düşdü, biri öldü

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada-Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Nəticədə sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər