Azərbaycanın xarici ticarət dövriyyəsi 38,9 milyard dollara çatıb

Dövlət Statistika Komitəsi Azərbaycanın 2026-cı ilin yanvar-sentyabr ayları üzrə xarici ticarət göstəricilərini açıqlayıb.
1news.az xəbər verir ki, hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsinin həcmi 38 milyard 898,5 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz çoxdur.
Doqquz ay ərzində Azərbaycanın ixracı 25 milyard 552,6 milyon dollar olub. Bu göstərici illik müqayisədə 38,1 faiz artıb.
Qeyri-neft-qaz ixracının həcmi isə 2,5 dəfə artaraq 6 milyard 651,6 milyon dollara çatıb.
İdxalın həcmi 13 milyard 345,9 milyon dollar təşkil edib. Bu, 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 20,4 faiz azdır.
Beləliklə, hesabat dövründə Azərbaycanın xarici ticarətində 12 milyard 206,7 milyon dollarlıq müsbət saldo yaranıb.











