Məktəblərdə noyabrın 16-dan beşgünlük payız tətili başlayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblərdə noyabrın 16-dan beşgünlük payız tətili başlayacaq

1news Redaksiyası15:15 - Bu gün
Məktəblərdə noyabrın 16-dan beşgünlük payız tətili başlayacaq

Noyabrın 16-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.

Bu barədə 1news.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 21 noyabr, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 23 noyabr olacaq.

Bununla yanaşı tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, payız tətili "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər