ABŞ-da ölkə üzrə bütün uçuşlar dayandırılıb

ABŞ-da ölkə üzrə bütün uçuşların yerə endirilməsi barədə göstəriş verilib, nəticədə ölkə ərazisində təyyarələrin havaya qalxması dayandırılıb. Təlimata əsasən, uçuşa hazırlaşan bütün təyyarələr növbəti bildirişədək yerdə qalmalıdır.
ABŞ-ın Federal Aviasiya Administrasiyasından (FAA) bildirilib ki, qərar təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən qəbul edilib.
ABŞ-a gələn beynəlxalq reyslərə fərdi qaydada baxılacaq. Qərara nəyin səbəb olduğu barədə sualların artması fonunda FAA təcili tədbirin səbəbi ilə bağlı təfərrüatları açıqlamayıb.
Ölkə üzrə uçuşların dayandırılması ilə bağlı belə addım sentyabrın 11-dən bəri yalnız daha bir dəfə atılıb.
84











