Azərbaycan neftinin qiyməti 2,8 dollar artdı

Dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 102,68 ABŞ dollarına yüksəlib.
1news.az xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 2,8 ABŞ dolları və ya 2,8% artıb.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin yanvar fyuçerslərinin bir bareli 96,11 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 2,89 ABŞ dolları və ya 3,01% artaraq 98,79 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları nəzərdə tutulub.
Xatırladaq ki, "Azeri Light" markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Azərbaycanda bu markalı neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3% təşkil edir.











