Hörmüz boğazında minaya düşən tankerdə yanğın baş verib

Hörmüz boğazının şərq hissəsində hərbi dəniz minasına düşən tankerdə yanğın baş verib, gəmi hərəkətsiz vəziyyətdə qalıb.
1news.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, hadisə noyabrın 14-də boğazın hərəkət üçün məhdudlaşdırılmış və təhlükəli elan edilmiş hissəsində qeydə alınıb.
İran tərəfinin iddiasına görə, tanker əvvəlcədən edilən xəbərdarlıqlara məhəl qoymayıb, həmçinin izləmə və identifikasiya sistemlərini söndürüb.
İran Hərbi Dəniz Qüvvələri sözügedən ərazidən keçən digər gəmilərə də təhlükə ilə üzləşə biləcəkləri barədə xəbərdarlıq edib.
38











