Azərbaycanda ötən gün 59 şübhəli şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ötən gün 59 şübhəli şəxs saxlanılıb

1news Redaksiyası10:37 - Bu gün
Azərbaycanda ötən gün 59 şübhəli şəxs saxlanılıb

Noyabrın 13-də Azərbaycanda polis əməkdaşları tərəfindən cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bundan başqa, axtarışda olan ümumilikdə 156 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 128-i borclu şəxs qismində axtarışda olub.

Hesabat dövründə narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 4 fakt müəyyən edilib.

Paylaş:
43

Son xəbərlər

Bütün xəbərlər