NVIDIA qalmaqalında ABŞ-nin ticarət naziri də hədəfə gəlib: İfadəyə çağırılıb | 1news.az | Xəbərlər
Dünya

NVIDIA qalmaqalında ABŞ-nin ticarət naziri də hədəfə gəlib: İfadəyə çağırılıb

1news Redaksiyası11:29 - Bu gün
NVIDIA qalmaqalında ABŞ-nin ticarət naziri də hədəfə gəlib: İfadəyə çağırılıb

NVIDIA ətrafında yaranan qalmaqalla bağlı iddiaların izi kriptovalyuta bazarına marağına görə "Bitcoin öküzü" adlandırılan ABŞ-nin ticarət naziri Hovard Lutnickə (Howard Lutnick) qədər uzanıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-nin “The New York Times” qəzetinin məlumatına görə, Alisa Huangla yaxın münasibətləri olduğu bildirilən Lutnick NVIDIA şirkətinə digər şirkətlərdən fərqli yanaşaraq onun müraciətlərinə üstünlük verib.

İddialara görə, ABŞ-li nazir Çinə qabaqcıl çiplərin satışını məhdudlaşdıran qaydaların qəbulunu da gecikdirib. Bundan başqa, onun Alisa Huangın əvvəllər rəhbər vəzifədə çalışdığı Sinqapur mərkəzli “Megaspeed” şirkətinin kommersiya qara siyahısına salınması üçün də təşəbbüs göstərmədiyi bildirilir.

ifadə verəcəklər

Hadisələrdən sonra ABŞ Konqresi də məsələyə müdaxilə edib. Senatın Bank Komitəsinin sədri, respublikaçı Tim Skott NVIDIA-nın baş icraçı direktoru Huandı dekabrın 3-də, Lutnicki isə dekabrın 10-da ifadə verməyə çağırıb.

Məlumata görə, Lutnick çağırışı qəbul edib. Huangın isə dəvətə əməl etməyəcəyi təqdirdə onun məcburi qaydada ifadəyə gətirilməsi üçün rəsmi çağırış sənədinin göndərilə biləcəyi qeyd olunur.

ABŞ Prezidenti Donald Trampın da noyabrın 10-da Huanga zəng edərək "şirkəti üçün mübarizəni davam etdirməyi" tövsiyə etdiyi iddia olunur.

Alisa Huang casusdurmu?

Çinli iş qadını Alisa Huangla bağlı iddialar isə hələlik təsdiqini tapmayıb.

ABŞ-nin CNN telekanalının məlumatına görə, Federal Təhqiqatlar Bürosunun (FBI) təxminən bir ildir davam etdirdiyi araşdırma çərçivəsində Huangın Çinə məlumat ötürdüyünü təsdiqləyən qəti sübutlar əldə edilməyib.

Huang "bal tələsi"nə düşübmü?

NVIDIA qalmaqalından sonra diqqətlər kəşfiyyat xidmətlərinin məxfi məlumatlar əldə etmək üçün istifadə etdiyi "bal tələsi" (honey trap) metoduna yönəlib.

Ekspertlərin fikrincə, xüsusilə Çin və Rusiya mühüm məlumatlara çıxışı olan şəxsləri romantik münasibətlər qurmaq, manipulyasiya etmək və şantaj yolu ilə öz təsirləri altına salmağa çalışırlar.

Bu metodun tarixdə çoxsaylı nümunələri var. Soyuq müharibə dövründə Şərqi Almaniyanın "Romeo casusları"nın fəaliyyəti, eləcə də çinli agent Şi Pey Punun fransalı diplomat Bernar Bursiko ilə təxminən 20 il davam edən münasibəti bunlara misal göstərilir.

Ekspertlər süni intellektin istehsaldan hərbi hədəflərin müəyyənləşdirilməsinədək bir çox strateji sahədə tətbiq olunduğunu xatırladaraq texnologiya şirkətlərinin rəhbərlərinin kəşfiyyat xidmətləri üçün mühüm hədəflərə çevrildiyini vurğulayırlar.

Paylaş:
35

Son xəbərlər

Bütün xəbərlər