Binəqədidə 58 yaşlı qadının üzərinə hasar aşıb

Binəqədidə 58 yaşlı qadının üzərinə hasar aşıb.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sulutəpə qəsəbəsində baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Samirə Nuriyeva piyada hərəkət edərkən boş torpaq sahəsinin ətrafına mişar daşları ilə hörülmüş hasar üzərinə aşıb.
Hadisə nəticəsində qadın ölüb.
Faktla bağlı araşdırma aparılır.
33











